...

Azərbaycanda yeni kiber təhdid qruplaşması müəyyən edilib

Cəmiyyət Materials 5 İyun 2025 17:35 (UTC +04:00)
Azərbaycanda yeni kiber təhdid qruplaşması müəyyən edilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Ölkəyə qarşı yönəlmiş kiberhücumların monitorinqi və ümumi kibertəhlükəsizlik vəziyyətinin mütəmadi təhlili çərçivəsində Elektron Təhlükəsizlik Xidməti (ETX) tərəfindən kiber təhdid qruplaşması – “Təhdid Qrupu 2” (ad şərti olaraq) müəyyən edilib.

Bu barədə Trend-ə ETX-dən məlumat verilib.

Aparılan təhlillər göstərib ki, qrupun kiberəməliyyatları əsasən fürsətçi xarakter daşıyır, yəni qrup konkret hədəflərdən daha çox əlçatan zəiflikləri istismar edir. Hücumlarda açıq resurslu alətlərdən istifadə olunur, lakin zərurət yarandıqda xüsusi kodlaşdırma və avtomatlaşdırma imkanlarına da əl atılır.

ETX tərəfindən bu kimi təhdid qruplaşmalarının istifadə etdiyi infrastrukturun, texnika, taktika və prosedurlarının (TTP) izlənilməsi və standartlaşdırılmış metodologiya əsasında sənədləşdirilməsi gələcəkdə qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Təhdid qrupu haqqında ətraflı məlumat üçün keçidə daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti