...

Şamaxı və Xızıda zəlzələ olub (YENİLƏNİB)

Hadisə Materials 6 İyun 2025 10:38 (UTC +04:00)
Şamaxı və Xızıda  zəlzələ olub (YENİLƏNİB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Pirqulu stansiyasından 15 km şimal-şərqdə Şamaxı rayonunda zəlzələ qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilir ki, zəlzələ episentrdə 4 bal, Şamaxı və Xızı rayonlarının episentrə yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.

xxx

07:24

İyunun 6-da Şamaxıda zəlzələ baş verib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, maqnitudası 3,2 olan zəlzələ yerli vaxtla saat 06.40-da Pirqulu stansiyasından 13 km şimal-şərqdə Şamaxı rayonunda qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 6 kilometr olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti