Bakı. Trend:
Ermənistan baş naziri Nikol Paşinyan ilk dəfə Azərbaycanı və Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.
Trend xəbər verir ki, bu barədə Nikol Paşinyanın "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.
"Azərbaycan Respublikası və Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edirəm. Ölkələrimizə və xalqlarımıza sülh, rifah və tərəqqi arzulayıram", - deyə baş nazir yazıb.