...

Azərbaycanda dağıdıcı zəlzələ ehtimalı var? – AÇIQLAMA

Gündəm Materials 6 İyun 2025 11:56 (UTC +04:00)
Azərbaycanda dağıdıcı zəlzələ ehtimalı var? – AÇIQLAMA
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Dünən və bu gün Şamaxıda baş verən zəlzələlər, xırda təkanların olması enerji boşalmasıdır.

Bunu Trend-ə açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

O bildirib ki, Azərbaycanda seysmogen bölgələrdə katastrofik zəlzələ ehtimalı yoxdur.

“Hiss olunan aşağı maqnitudalı zəlzələlər olacaq. Qorxulu bir şey olmamalıdır. Gedən enerji boşalması hesabına növbəti dağıdıcı zəlzələ ehtimalı ola bilməz. Əgər proses dayansa, enerji toplansa və daha sonra birdən-birə zəlzələ baş versə, bu daha qorxulu olar. Orada təkanlar davam edir və xırda-xırda enerji boşalması baş verir. Xırda təkanlar hər zaman olur, hiss olunanı da ola bilər ki, bu da qorxulu deyil”, - baş direktor vurğulayıb.

Q.Yetirmişli əlavə edib ki, zəlzələrlə bağlı təşvişə düşməyə ehtiyac yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti