...

Milli Məclisin deputatı Macarıstanda Qərbi Azərbaycan icmasına həsr olunan konfransda iştirak edəcək

Siyasət Materials 5 İyun 2025 17:46 (UTC +04:00)
Milli Məclisin deputatı Macarıstanda Qərbi Azərbaycan icmasına həsr olunan konfransda iştirak edəcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin deputatı, parlamentin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun üzvü Qaya Məmmədov iyunun 9-da Macarıstanın Budapeşt şəhərinə səfərə gedəcək.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, səfərdə deputat Azərbaycanın Macarıstandakı səfirliyinin, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin və Macarıstan Xarici Əlaqələr İnstitutunun birgə təşkilatçılığı ilə Budapeştdə keçiriləcək və Qərbi Azərbaycan icması, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi məsələlərinə həsr olunmuş beynəlxalq konfransda iştirak edəcək.

Qeyd edilib ki, səfər iyunun 10-da başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti