Bakı. Trend:
Yaponiyanın "Mazda" şirkəti 171 mindən çox avtomobili mümkün təhlükəsizlik yastığı problemlərinə görə geri çağırır.
Trend-in məlumatına görə, bu barədə ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsinin saytında məlumat verilib.
Buraya 2024-2025-ci il avtomobil modelləri, o cümlədən qabaqcıl hava yastığı sensoru modullarına mail olan bəzi CX-30 və Mazda 3 modelləri daxildir ki, bu da xətaya səbəb ola və batareyanın aşağı vəziyyətinə görə təhlükəsizlik yastıqlarını söndürə bilər.
Nəticədə, qəza zamanı təhlükəsizlik yastıqları açılmaya bilər.
Dilerlər modulları pulsuz yenidən proqramlaşdıracaq və ya onları əvəz edəcəklər.