...

Bakı və Sumqayıt şəhərlərində oğurluq edən 3 şəxs saxlanılıb

Hadisə Materials 5 İyun 2025 20:26 (UTC +04:00)
Bakı və Sumqayıt şəhərlərində oğurluq edən 3 şəxs saxlanılıb
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxtın Qaradağ rayonu ərazisində yerləşən ticarət mərkəzlərinin birindən 550 manat dəyərində məişət əşyaları oğurlanıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 42 yaşlı Z.Mayılov müəyyən olunaraq saxlanılıb.

Bundan başqa, Sumqayıt şəhərində bir nəfərə məxsus “Mercedes” markalı avtomobildən 400, Nəsimi rayonunda isə bir şirkətin anbarından 720 manat oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 57 yaşlı Ə.Nəcəfov və 39 yaşlı F.Məmmədov da saxlanılıblar.

Araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti