...

Romada ADA–Luiss Forumu keçirilib (FOTO)

Cəmiyyət Materials 5 İyun 2025 16:07 (UTC +04:00)
Romada ADA–Luiss Forumu keçirilib (FOTO)

Bakı. Trend:

3–4 iyun tarixlərində Romada ADA–Luiss Forumu keçirilib. Forum ADA Universiteti və Luiss Universitetinin Beynəlxalq və Strateji Tədqiqatlar Mərkəzi tərəfindən birgə təşkil olunub.

Forumun açılışında ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və Luiss Universitetinin Beynəlxalq və Strateji Tədqiqatlar Mərkəzinin direktoru professor Raffael Marketti çıxış ediblər. Onlar İtaliya ilə Azərbaycan arasında mövcud olan güclü və davamlı əlaqələri vurğulayıb, İtaliya–Azərbaycan Universitetinin yaradılmasının əhəmiyyətindən bəhs ediblər.

Forumda ölkəmizin İtaliyadakı səfiri Rəşad Aslanov və İtalya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin yüksək rütbəli əməkdaşları iştirak ediblər.

İki gün ərzində iştirakçılar regional və qlobal prosesləri formalaşdıran əsas mövzuları müzakirə ediblər. Azərbaycan–İtaliya münasibətlərinin inkişaf perspektivləri və ortaq çağırışları, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu, regional təhlükəsizlik və Gürcüstanla Ukraynanın Avropa İttifaqına namizədliyi, eləcə də strateji rəqabət dövründə əlaqəlilik siyasəti bu müzakirələrin əsas mövzularını təşkil edib.

Forum Azərbaycan, Gürcüstan, İtaliya, Ukrayna və Özbəkistandan olan ekspertləri, siyasətçiləri və akademikləri bir araya gətirərək bu günün ən aktual geosiyasi və iqtisadi məsələləri ətrafında dialoq mühiti yaradıb. İtaliyanın aparıcı beyin mərkəzlərindən olan ekspertlərin də iştirak etdiyi bu Forumda müzakirələr Avropa və onun qonşuluğunda regional təhlükəsizliklə bağlı yanaşmaların və cavab mexanizmlərinin necə dəyişdiyini əhatə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti