...

Çinin lift istehsalı müəssisəsi Azərbaycanla əməkdaşlıqda maraqlıdır

İqtisadiyyat Materials 6 İyun 2025 12:30 (UTC +04:00)
Çinin lift istehsalı müəssisəsi Azərbaycanla əməkdaşlıqda maraqlıdır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Çinin "Fareo Elevator" (Guangdong) şirkəti məhsullarını Azərbaycan bazarına təqdim etmək niyyətindədir.

Bu barədə Trend-ə açıqlamasında şirkətin beynəlxalq əməkdaşlıq şöbəsinin rəhbəri Minq fenq Huanq ötən gün keçirilən Azərbaycan-Çin İqtisadi və Ticarət Əməkdaşlığı Konfransı çərçivəsində deyib.

O, Bakıya ilk səfərinin olduğunu bildirib və daha sonra şirkət barədə məlumat verib: "Azərbaycana gəldiyim üçün çox şadam. Əvvəlcə onu deyim ki, biz çinli lift istehsal edən bir fabrikik. Fabrikimiz Guangdong əyalətinin Foşan şəhərində yerləşir. Şirkətimizdə 500-ə yaxın əməkdaş fəaliyyət göstərir".

Şirkət rəsmisi məhsullarını Azərbaycan bazarına təqdim etmək hədəflərinin olduğunu vurğulayıb: "Biz bir çox ölkələrə məhsullarımızı ixrac edirik. Ümid edirəm ki, Azərbaycanın şəhərsalma inkişafı modernləşdikcə, daha çox göydələnlər inşa olunduqca, bizim liftlərə ehtiyac yaranacaq".

"Bizim lift məhsullarımız yüksək keyfiyyətlidir. Ümid edirəm ki, azərbaycanlı dostlarımız məhsullarımızı görmək üçün Guangdonga gəlib tanış ola bilərlər", - deyə Minq Huanq qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti