...

Azərbaycan İtaliyaya metanol satışından gəlirlərini 57%-dən çox artırıb

İqtisadiyyat Materials 5 İyun 2025 19:19 (UTC +04:00)
Azərbaycan İtaliyaya metanol satışından gəlirlərini 57%-dən çox artırıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-mart aylarında Azərbaycandan İtaliyaya 18,43 min ton metanol (metil spirti) ixrac edilib.

Trend-in Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasında apardığı hesablamalara görə, bu miqdarda metanol ixracından əldə olunan gəlir 5,57 milyon ABŞ dolları olub.

İtaliyaya metanol ixrac ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 117 ton və ya 0,6% azalıb, dəyər ifadəsi ilə 2 milyon ABŞ dolları, yaxud da 57,2% artıb.

Belə ki, ötən ilin eyni dövründə Azərbaycandan İtaliyaya 18,55 min ton miqdarında, 3,54 milyon ABŞ dolları dəyərində metanol ixrac edilib.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycandan xaricə 90,7 min ton metanol (metil spirti) ixrac edilib. Bu miqdarda metanol ixracından əldə olunan gəlirin həcmi 28,2 milyon ABŞ dolları olub.

Xatırladaq ki, hesabat dövründə Azərbaycandan İsrailə, Türkiyəyə, Bolqarıstana, Rumıniya, Cəbəllütariqə, İtaliyaya, Sloveniyaya, Yunanıstana metanol ixrac edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti