...

Zelenski Trampla G7 sammiti çərçivəsində görüşməyi planlaşdırır

Dünya xəbərləri Materials 6 İyun 2025 21:52 (UTC +04:00)
Zelenski Trampla G7 sammiti çərçivəsində görüşməyi planlaşdırır

Bakı. Trend:

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla Yeddilik Qrupu (G7) sammiti çərçivəsində görüşməyi planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə Volodimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak deyib.

Bildirilib ki, A.Yermakın ABŞ-yə səfəri zamanı Ukrayna nümayəndə heyəti mümkün görüşü üzərində işləyib.

"Bizim [Vaşinqtona] səfərimiz, xüsusən, Kanadada keçirilən G7 sammiti çərçivəsində Zelenski ilə Tramp arasında görüşə hazırlıq idi", - deyə o bildirib.

Qeyd edək ki, G7 sammiti 2025-ci il iyunun 15-17-də Alberta ştatının Kananaskis dairəsində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti