...

ABŞ çirkli pulların yuyulma şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

Dünya xəbərləri Materials 6 İyun 2025 23:49 (UTC +04:00)
ABŞ çirkli pulların yuyulma şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

Bakı. Trend:

ABŞ səlahiyyətliləri ölkənin nüvə proqramını maliyyələşdirmək üçün İranın çirkli pulların yuyulması şəbəkəsi ilə əlaqəsi olan 10 fiziki və 27 quruma qarşı sanksiya tətbiq edib.

Trend-in məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) öz saytında məlumat yayıb.

"Bu gün OFAC kollektiv şəkildə milyardlarla dolları yuyan iranlı qardaşlar Mansur, Naser və Fazlola Zarrinqalam ilə əlaqəli 30-dan çox fiziki və quruma sanksiya tətbiq ediblər", - deyə bildirilib.

Məlumata əsasən, İran hakimiyyəti bu şəbəkədən sanksiyalardan yayınmaq və neft və neft-kimya satışlarından əldə edilən pulları nüvə və raket proqramlarını maliyyələşdirmək üçün istifadə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti