Bakı. Trend6
Türkiyədə Qurban bayramının ilk günündə 14 mindən çox insan qurbanlıq heyvanların kəsimi zamanı aldığı xəsarətlərə görə xəstəxanalara müraciət ediblər.
Trend-in məlumatına görə, bu barədə ölkənin səhiyyə naziri Kamal Memişoğlu "X" sosial şəbəkəsində yazıb.
Nazir yazıb ki, xəstəxanalara 1049-u Ankara, 753-ü İstanbul daxil olmaqla, ümumilikdə 14372 nəfər müraciət edib.
O xatırladıb ki, belə hadisələrin baş verməməsi üçün heyvan kəsimi peşəkarlar tərəfindən aparılmalıdır.