...

Dünən cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Hadisə Materials 7 İyun 2025 13:13 (UTC +04:00)
Dünən cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

İyunun 6-da ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumatda qeyd edilib ki, axtarışda olduğuna görə ümumilikdə 19, o cümlədən borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib. Həmçinin cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti