...

Sabah hava necə olacaq?

Cəmiyyət Materials 7 İyun 2025 12:08 (UTC +04:00)
Sabah hava necə olacaq?
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətidən Trend-ə verilən məlumata əsasən, lakin 7-dən 8-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə +18 dərəcədən +21 dərəcəyədək, gündüz +26 dərəcədən +31 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75%, gündüz 40-50% olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə +16 dərəcədən +-20 dərəcəyədək, gündüz +28 dərəcədən +33 dərəcəyədək, dağlarda gecə +5 dərəcədən 10 dərəcədəyək, gündüz +15 dərəcədən +20 dərəcəyədək olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti