...

Bakıda 5 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Hadisə Materials 7 İyun 2025 15:40 (UTC +04:00)
Bakıda 5 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Paytaxtın Nəsimi rayonu ərazisində həyata keçirilən tədbirlər zamanı əvvəllər dəfələrlə məhkum olunmuş 45 yaşlı B.Cəfərov şübhəli şəxs qismində saxlanılıb.

Trend Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, ondan ümumi çəkisi 3 kiloqramdan artıq olan heroin və marixuana aşkarlanıb.

Bundan başqa, paytaxtın Yasamal rayonu ərazisində həyata keçirilən tədbirlər zamanı əvvəllər məhkum olunmuş 51 yaşlı F.Məhərrəmov şübhəli şəxs qismində saxlanılıb. Ondan 2 kiloqramdan artıq marixuana aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti