Bakı. Trend:
İngiltərənin “Tottenhem” klubu baş məşqçisi Ange Postekoqlunu istefaya göndərib.
Trend-in məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Yunan əsilli avstraliyalı mütəxəssis geridə qalan mövsümdə komandasına Avropa Liqası kubokunu qazandırmışdı.
59 yaşlı çalışdırıcı 2023-cü ildən London təmsilçisinə rəhbərlik edirdi.