...

Ölkəmiz turistlər üçün tam təhlükəsizdir - İsrail

Dünya xəbərləri Materials 7 İyun 2025 17:16 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ölkəmizə səfər edən şəxslərin narahat olması üçün heç bir səbəb yoxdur, İsraildə turistlər üçün təhlükəli ərazilər mövcud deyil.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri İsrailin Turizm Nazirliyinin baş direktoru Dani Şahar deyib.

D.Şaharın sözlərinə görə, hətta İsrailin şimal hissəsi (Livanla sərhədi nəzərdə tutur - red.) turistlər üçün təhlükəsizdir:

"Artıq turistlər oraya qayıdırlar, hətta İsrailin şimal sərhədində yerləşən Hermon dağına qar yağanda insanlar orada xizək sürürdülər".

Xəbər lenti

Xəbər lenti