Bakı. Trend:
Rusiya və Nigeriya milli komandaları arasında yoldaşlıq oyunu keçirilib.
Trend-in məlumatına görə, görüşü azərbaycanlı FIFA referisi Əliyar Ağayev idarə edib və oyun 1:1 hesablı bərabərliklə başa çatıb. Ağayev qarşılaşma zamanı Rusiya millisinin 3, Nigeriya yığmasının isə 1 futbolçusuna sarı vərəqə göstərib.
Qeyd edək ki, Əliyar Ağayevə bu oyunda yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edib.