...

Polis əməkdaşları tərəfindən 1 avtomat, 3 tüfəng aşkar edilərək götürülüb

Hadisə Materials 7 İyun 2025 13:57 (UTC +04:00)
Polis əməkdaşları tərəfindən 1 avtomat, 3 tüfəng aşkar edilərək götürülüb
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Ötən gün polis əməkdaşları tərəfindən 1 avtomat silahı, 3 tüfəng aşkar edilərək götürülüb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, iyunun 6-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 3 tüfəng və 334 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti