Bakı. Trend:
ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson ABŞ prezidenti Donald Tramp və iş adamı İlon Maskın fikir ayrılıqlarını həll edə biləcəklərinə ümid etdiyini bildirib.
Tend-in məlumatına görə, bu barədə "ABC News" televiziya kanalı xəbər verib.
"İlonun bu gözlənilməz etirazı məni təəccübləndirdi və ümid edirəm ki, onlar barışacaqlar", - deuə M.Conson bildirib.
Onun sözlərinə görə, Tramp baş verənlərdən üzülüb. "Mən də beləyəm", - deyə Konqresin aşağı palatasının spikeri əlavə edib.
Bundan əvvəl "Axios" portalı yazıb ki, Tramp və Musk tənqidi bəyanatlar mübadiləsindən bir neçə saat sonra “daha barışdırıcı mövqe tutdular”.