...

DÇ-2026: İtaliya seçmə mərhələyə məğlubiyyətlə başlayıb

İdman Materials 7 İyun 2025 01:24 (UTC +04:00)
DÇ-2026: İtaliya seçmə mərhələyə məğlubiyyətlə başlayıb

Bakı. Trend:

Futbol üzrə 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinə start verilib.

Trend-in məlumatına görə, ilk oyun günündə I, J və L qruplarında ümumilikdə 6 görüş keçirilib.

Gecənin sensasiyası I qrupunda qeydə alınıb. İtaliya millisi səfərdə Norveçə 0:3 hesabı ilə uduzub. L qrupunda isə Xorvatiya yığması Cəbəllütariqin qapısından 7 cavabsız top keçirib.

DÇ-2026:

Seçmə mərhələ, I tur.

6 iyun.

I qrupu

22:45. Norveç - İtaliya - 0:3

22:45. Estoniya - İsrail - 1:3

J qrupu

22:45. Uels - Lixtenşteyn - 3:0

22:45. Şimali Makedoniya - Belçika - 1:1

L qrupu

22:45. Çexiya - Monteneqro - 2:0

22:45. Cəbəllütariq - Xorvatiya - 0:7

Qeyd edək ki, bu gün seçmə mərhələdə daha 6 oyun keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti