Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukrayna ilə danışıqlardan geri çəkilməyəcəyinə ümid edir.
Trend-in məlumatına görə, bu barədə Amerika KİV-ləri xəbər verib.
"Hesab edirəm ki, Rusiya Ukrayna ilə sülh razılaşması əldə etmək üçün danışıqları dayandırmayacaq", - deyə ABŞ prezidenti bildirib.
Eyni zamanda, Ağ Ev rəhbəri Rusiyaya qarşı lazım gələrsə, tətbiq oluna biləcək yeni sanksiyaları da istisna etməyib.
O, respublikaçı senatorlar Lindsi Qrehem və demokrat Riçard Blummental tərəfindən hazırlanan "çox güclü qanun layihəsini" təsdiq edib-etməmək barədə hələ qərar vermədiyini bildirib.