...

Nüvə müzakirələrində razılaşma İran üzərindən tranzitə müsbət təsir göstərə bilər - Baş direktor

Dünya xəbərləri Materials 7 İyun 2025 11:25 (UTC +04:00)
Nüvə müzakirələrində razılaşma İran üzərindən tranzitə müsbət təsir göstərə bilər - Baş direktor
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayı müzakirələrdə razılaşma əldə olunduğu halda, bu, İran üzərindən tranzitin artmasına müsbət təsir göstərə bilər.

Trend-in məlumatına görə, İranın Yol və Nəqliyyat Təşkilatının beynəlxalq yükdaşıma və tranzit idarəsinin baş direktoru Cavad Hedayəti yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda İran və ABŞ arasında davam edən danışıqlar ölkə üzərindən yük tranzitinə müsbət təsir göstərib. Ümumilikdə müzakirələr ölkənin ticarət və tranzitinə öz müsbət təsirini göstərməkdədir.

“Lakin önəmli olan məsələ anlaşmanın əldə olunması ilə ölkə əleyhinə tətbiq olunan sanksiyaların ləğv edilməsidir. Pul, sığorta, bank, investisiya üzrə sanksiyaların ləğv edilməsi tranzitə birbaşa müsbət təsir göstərəcək. Dəqiq şəkildə anlaşılandır ki, tranzitin inkişaf etdirilməsi xarici invesitiyanın gəlişindən asılıdır və xarici investisiyaların ticarət sahəsinə girişinə yol açılmalıdır”, - deyə o bildirib.

Qeyd edək ki, 12, 19, 26 aprel, 11 may və 23 may tarixlərində İran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayı müzakirələrin 5 raundu keçirilib. Dolayı müzakirələr Oman Krallığının xarici işlər naziri Seyid Bədr Əlbusəidinin vasitəçiliyi, İran nümayəndə heyətinə xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ nümayəndə heyətinə ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə təşkil olunub. Müzakirələrin 1, 3 və 4-cü raundu Omanın paytaxtı Məsqətdə, 2-ci və 5-ci raundu isə İtaliyann paytaxtı Romada baş tutub.

Xəbər lenti

Xəbər lenti