...

Azərbaycanın U-17 millisi Qazaxıstana qalib gəlib

İdman Materials 6 İyun 2025 22:21 (UTC +04:00)
Azərbaycanın U-17 millisi Qazaxıstana qalib gəlib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama görüşünü keçirib.

Trend-in məlumatına görə, U-17 Qazaxıstanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb. Oyun komandamızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. U-17-nin heyətində 28-ci dəqiqədə Nicat Kərimov hesabı açıb. 77-ci dəqiqədə isə avtoqol qeydə alınıb.

Qeyd edək ki, millinin növbəti yoxlama oyunu iyunun 10-da Gürcüstan seçməsinə qarşı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti