...

"Liverpul" Florian Virtslə razılığa gəlib

İdman Materials 7 İyun 2025 07:11 (UTC +04:00)
"Liverpul" Florian Virtslə razılığa gəlib

Bakı. Trend:

"Liverpul" futbol klubu Almaniyanın "Bayer" komandasında çıxış edən Florian Virtslə müqavilənin şərtləri üzrə razılıq əldə edib.

Trend-in məlumatına görə, Almaniya mətbuatı futbolçunun İngiltərə təmsilçisi ilə 5 illik müqavilə imzalayacağını yazır. Yeni komandasında 22 yaşlı yarımmüdafiəçi illik 22 milyon avro məvacib alacaq.

Bununla belə, Leverkuzen klubu "Liverpul"un 130 milyon avroluq təklifini hələlik qəbul etməyib. "Bayer" bu transferdən 150 milyon avro qazanmaq istəyir. Tərəflərin yaxın günlərdə razılığa gələcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti