Bakı. Trend:
Bu həftə ərzində “Azeri LT CIF”, “Azeri Light FOB Ceyhan”, “Urals” (EX NOVO) və “Dated Brent” markalı xam neftin orta qiymətlərində artım qeydə alınıb.
Trend xəbər verir ki, Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən "Azeri Light CIF" markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 2,4 ABŞ dolları və ya 3,6% artaraq, 69,31 dollar/barel təşkil edib.
Dövr ərzində bu markalı xam neftin maksimum qiyməti 70,16 dollar/barel, minimum isə 68,47 dollar/barel olub.
Bu həftə ərzində Türkiyənin Ceyhan limanında FOB bazası əsasında "Azeri Light" markalı xam neftin orta qiyməti 68,37 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 2,7 ABŞ dolları və ya 4,1% çoxdur. Sözügedən dövr ərzində bu markalı xam neftin maksimal qiyməti 68,84 dollar/barel, minimum isə 67,13 dollar/barel olub.
URALS markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 2,9 ABŞ dolları və ya 5,6% artaraq 54,59 dollar/barel təşkil edib. Həftə ərzində URALS neftinin maksimal qiyməti 55,36 dollar/barel, minimum isə 53,77 dollar/barel olub.
Bu həftə ərzində “Dated Brent” markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 2,75 dollar və ya 4,26% bahalaşaraq, 67,32 dollar/barelə bərabər olub. Həftənin yekunlarına görə, “Dated Brent” neftinin maksimal qiyməti 68,11 dollar/barel, minimum isə 66,52 dollar/barel təşkil edib.
Neftin növü / tarix |
02.06.2025 |
03.06.2025 |
04.0562025 |
05.06.2025 |
06.06.2025 |
Orta qiymət |
Azeri LT CIF |
$68,82 |
$69,87 |
$68,47 |
$69,24 |
$70,16 |
$69,31 |
Azeri Light FOB Ceyhan |
$67,61 |
$68,56 |
$67,13 |
$67,93 |
$68,84 |
$68,37 |
Urals (EX NOVO) |
$54,14 |
$55,2 |
$53,77 |
$54,48 |
$55,36 |
$54,59 |
Dated Brent |
$66,83 |
$67,92 |
$66,52 |
$67,24 |
$68,11 |
$67,32 |