Bakı. Trend:
Futbol üzrə Azərbaycan millisi bu gün növbəti yoxlama matçına çıxacaq.
Trend xəbər verir ki, yığmamız Latviya millisi ilə üz-üzə gələcək.
Riqadakı Skonto stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Oyunu Malta Futbol Federasiyasından Farruca Kan Trastinin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, Azərbaycan millisi Fernando Santuşun rəhbərliyi altında iyunun 10-da Bakıda Macarıstanla da hazırlıq oyunu keçirəcək.