Bakı. Trend:
ABŞ prezidenti Donald Trampın administrasiyası Kaliforniyaya federal maliyyəni əhəmiyyətli dərəcədə azaltmağa hazırlaşır.
Trend-in məlumatına görə, bu barədə "CNN" televiziya kanalı mənbələrə istinadən xəbər verib.
Məlumata əsasən, Ağ Ev bu cür tədbirlərə cümə günü başlaya bilər.
Telekanalın həmsöhbətləri bildiriblər ki, federal qurumlara Ağ Evin geir çağıra biləcəyi Kaliforniyaya ayrılmış qrantları müəyyən etmək tapşırılıb.
Qeyd olunub ki, ABŞ Konqresinin komitələrindən birinə Kaliforniya üçün bütün tədqiqat qrantlarının ləğv ediləcəyi barədə əvvəllər məlumat verilib.