Bakı. Trend:
Cənubi Koreyanın yeni prezidenti Li Çje Men və ABŞ prezidenti Donald Tramp ilk telefon danışığında ABŞ-nin Cənubi Koreya mallarına tətbiq etdiyi tarifləri həll etmək barədə razılığa gəliblər.
Trend-in məlumatına görə, bu barədə "Yonhap" agentliyi xəbər verib.
"İki lider mümkün qədər tez bir zamanda qarşılıqlı faydalı razılaşmanın əladə olunması üzərində işləmək barədə razılığa gəliblər", - deyə bildirilib.
Telefon danışığın 20 dəqiqəyə yaxın davam etdiyi qeyd edilib.
Tramp Li Çje Meni seçilməsi münasibətilə təbrik edib və onu Vaşinqtona səfərə dəvət edib.