...

Çin ABŞ-yə nadir torpaq metallarının tədarükünü bərpa etməyə razıdır - Tramp

Dünya xəbərləri Materials 7 İyun 2025 06:38 (UTC +04:00)
Çin ABŞ-yə nadir torpaq metallarının tədarükünü bərpa etməyə razıdır - Tramp

Bakı. Trend:

Çin prezidenti Si Tsinpin ABŞ-yə nadir torpaq elementlərinin tədarükünü bərpa etməyə razılaşıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp iyunun 6-da Vaşinqtondan Nyu Cersiyə uçan prezident təyyarəsinin göyərtəsində jurnalistlərə bildirib.

O, Si Cinpinin ABŞ-yə nadir torpaq metallarının tədarükünü bərpa etməyə razı olub-olmaması ilə bağlı suala müsbət cavab verib. ABŞ və Çin nümayəndələrinin Londonda gözlənilən görüşünə toxunan prezident deyib: "Biz Çinlə razılaşmada çox irəliləmişik. Biz məsələyə aydınlıq gətirmək istəyirdik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti