...

Rusiyada 4,4 bal gücündə zəlzələ olub

Dünya xəbərləri Materials 7 İyun 2025 08:02 (UTC +04:00)
Rusiyada  4,4 bal gücündə zəlzələ olub

Bakı. Trend:

Rusiyanın İrkutsk vilayəti ilə Buryatiya Respublikası sərhədində Baykal gölünün sularında 4,4 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Baykal filialı məlumat yayıb.

Filialın saytında dərc olunan operativ məlumatlara əsasən, yerli vaxtla saat 10:35-də 4,4 bal gücündə, enerji sinfi 11,9 olan zəlzələ baş verib. Zəlzələnin episentri Baykal gölünün şimal hissəsində, Svyatoy Nos yarımadasından 18 km şimal-qərbdə, Bolşoy Uşkanı adasından 8 km şimalda olub.

Bildirilib ki, episentrdə zəlzələnin intensivliyi 6 bal olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti