...

Paytaxt ərazisində oğurluq edənlər ələ keçdi

Hadisə Materials 7 İyun 2025 16:34 (UTC +04:00)
Paytaxt ərazisində oğurluq edənlər ələ keçdi
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Bakının Nəsimi rayonu ərazisində bir nəfərə məxsua “Opel” markalı avtomobildən 453 manat pul, 606 manat dəyərində ədəd qol saatları və eynək oğurlanıb.

Trend Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 57 yaşlı Ə.Abbasov müəyyən olunaraq saxlanılıb.

Həmçinin Xətai rayonu ərazisində yerləşən bir evin qarşısından mopedi, Binəqədi rayonunda isə paytaxt sakininə məxsus 3300 manat dəyərində mobil telefonu oğurlamaqda şübhəli bilinən 22 yaşlı E.Mustafayev, 21 yaşlı D.Melikov və M.Mehdizadə də saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti