...

Çilinin şimalında 6,4 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 7 İyun 2025 03:57 (UTC +04:00)
Çilinin şimalında 6,4 bal gücündə zəlzələ baş verib

Bakı. Trend:

Çilinin şimalında 6,4 bal gücündə zəlzələ baş verib və bir neçə bölgədə elektrik enerjisi kəsilib.

Trend-in məlumatına görə, bu barədə Çilinin yerli hakimiyyət orqanları bildiriblər.

Çili Universitetinin Milli Seysmoloji Mərkəzindən bildirilib ki, zəlzələ yerli vaxtla saat 13:15-də baş verib.

Zəlzələnin episentri Çilinin şimalındakı Atakama bölgəsindəki Dieqo de Almaqro şəhərindən 54 km cənubda, Santyaqodan təxminən 950 km şimalda yerləşib.

Zəlzələnin ocağı 65 km dərinlikdə olub, yeraltı təkanlar yaxınlıqdakı şəhərlərdə də hiss olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti