Bakı. Trend:
Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm qəsəbəsində ümumi sahəsi 300 kvadratmetr olan birmərtəbəli 6 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 16 kvadratmetr sahədə yanıb.
Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.