...

Azərbaycan millisi yoldaşlıq görüşündə Latviya ilə heç-heçə edib

İdman Materials 7 İyun 2025 19:16 (UTC +04:00)
Azərbaycan millisi yoldaşlıq görüşündə Latviya ilə heç-heçə edib

Bakı. Trend:

Futbol üzrə Azərbaycan millisi yoldaşlıq oyununa çıxıb.

Trend xəbər verir ki, yığma səfərdə Latviya ilə qarşılaşıb. Riqa şəhərindəki "Skonto" stadionunda təşkil olunan matç qolsuz heç-heçə ilə yekunlaşıb.

Qarşılaşmanı maltalı Trustin Farruca Kann idarə edib.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 10-da Bakıda digər yoldaşlıq görüşündə Macarıstanı qəbul edəcək.

Xəbər lenti

Xəbər lenti