Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp bildirib ki, onun milyarder İlon Maskla dostluq münasibətlərini bərpa etmək fikri yoxdur.
Trend xəbər verir ki, dövlət başçısı Maska sərt xəbərdarlıq edib.
"Əgər Mask Respublikaçıların büdcə təklifinə qarşı çıxan Demokrat namizədləri maliyyələşdirməyə qərar verərsə, bunun ciddi nəticələri olacaq", - deyə Tramp bildirib.
Prezidentin sözlərinə görə, belə addım siyasi arenada Mask üçün ağır fəsadlar doğura bilər.