Bakı. Trend:
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa Gümüş Liqasında növbəti oyununu keçirib.
Trend xəbər verir ki, yığmamız İsveçdə təşkil olunan 1-ci tur çərçivəsində Gürcüstan yığması ilə üz-üzə gəlib. Komandamız bu görüşdə 3:0 hesabı ilə qələbə qazanıb.
Beləliklə, bir qələbə və bir məğlubiyyəti olan millimiz 1-ci turu 3 xalla başa vurub.
Qeyd edək ki, 2-ci turun qarşılaşmaları 13-15 iyun tarixlərində ölkəmizdə təşkil olunacaq. Bu mərhələdə rəqiblərimiz Lüksemburq və Macarıstan yığmaları olacaq.
Avropa Gümüş Liqası (kişilər)
I tur (İsveç)
6 iyun
Azərbaycan - İsveç 0:3 (13:25, 20:25, 14:25)
7 iyun
Gürcüstan - Azərbaycan 0:3 (20:25, 18:25, 18:25)