Bakı. Trend:
Münhendə dünyanın ən böyük pivə festivalı olan Oktoberfestin hər il keçirildiyi Theresienviese meydanında 30 yaşlı qadın yoldan keçənlərə bıçaqla hücum edib.
Trend xəbər verir ki, qadın yoldan keçən bir neçə nəfəri yaralayıb, bundan sonra polis ona atəş açıb. Hadisə nəticəsində qadın təcili xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hazırda hadisənin motivləri açıqlanmır.