Bakı. Trend:
Niderland dənizdə təhlükəsizliyin təmin olunması məqsədilə Ukraynaya növbəti 400 milyon avroluq maliyyə yardımı paketini ayıracaq.
Trend “Reuters”ə istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Ruben Brekelmans bildirib.
“Dənizdə təhlükəsizliyin təmin olunması üçün 400 milyon avrolu yeni yardım paketi elan edəcəyəm”, - deyə o bildirib.