...

Rusiyada dəmir yolu partladılıb

Dünya xəbərləri Materials 5 İyun 2025 12:34 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Rusiyanın Voronej vilayətində dəmiryolu xəttində partlayış törədilib.

Trend xəbər verir ki, bu barədə Rusiya KİV-də məlumat yayılıb.

Məlumata görə, insident yerli vaxtla 09:30-da (Bakı vaxtı ilə 10:30) Yevdakovo–Sagunı xəttinin 725-ci kilometrliyində baş verib.

Nəticədə dəmir yolu örtüyü zədələnib. İlkin məlumatlara əsasən, xəsarət alan yoxdur.

Öz növbəsində “Shot” yazır ki, partlayışın baş verdiyi dəmir yolu sahəsində iki qatarın hərəkəti dayandırılıb. Hadisə yerində operativ xidmətlər çalışır.

Bəzi mənbələr baş verənləri diversiya cəhdi adlandırıb və hadisənin partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verdiyi iddia edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti