...

MDB-yə üzv dövlətlərin hökumət başçıları bir sıra sənədlər imzalayıblar

İqtisadiyyat Materials 5 İyun 2025 12:22 (UTC +04:00)
MDB-yə üzv dövlətlərin hökumət başçıları bir sıra sənədlər imzalayıblar
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

MDB-yə üzv dövlətlərin hökumət başçıları tərəfindən bir sıra sənədlər imzalanıb.

Trend xəbər verir ki, imzalanma iyunun 5-də Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının iclası çərçivəsində baş tutub.

Düşənbədə MDB hökumət başçıları Şurasının iclasının nəticələrinə əsasən, aşağıdakı sənədlər imzalanıb:

- Ağır maşınqayırma və yüngül sənaye sahələrinin inkişafı üzrə dövlətlərarası əməkdaşlıq,

- Hava hərəkətinin idarə olunması üzrə milli sistemlərin harmonizasiyası,

- Əhalinin sağlamlığının qorunması sahəsində əməkdaşlıq,

- MDB Könüllülər Forumu ilə bağlı qərarın qəbulu,

- MDB-yə üzv ölkələrin müdafiə nazirlikləri tərəfindən birgə radiasiya, kimyəvi və bioloji vəziyyətin monitorinqi və qiymətləndirilməsi sisteminin inkişafı,

- “MDB-də turizmin inkişafına görə” döş nişanının təsis edilməsi,

- “Uran hasilatı ilə məşğul olmuş istehsalatların təsirinə məruz qalmış ərazilərin rekultivasiyası” üzrə dövlətlərarası hədəf proqramı.

Xəbər lenti

Xəbər lenti