...

DİN ötən gün bank kartlarından oğurlanan vəsaitin məbləğini açıqlayıb

Hadisə Materials 5 İyun 2025 12:21 (UTC +04:00)
DİN ötən gün bank kartlarından oğurlanan vəsaitin məbləğini açıqlayıb
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 4-də vətəndaşlara məxsus bank kartlarından 7000, 881, 464, 354, 300, 170, 100, 100, 70, 70 və 68 manat pul oğurlanıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin vətəndaşlara müraciətində bildirilib.

Müraciətdə bildirilib ki, bu cür cinayət halları adətən naməlum nömrələrdən gələn zəng və SMS-lər, habelə saxta saytlar və platformalar vasitəsilə həyata keçirilir. Şəxsi bank kartı məlumatlarını, xüsusilə, kartın nömrəsini, PIN kodunu, CVV kodunu və bir dəfəlik təsdiq (OTP) şifrələrini heç bir halda digər şəxslərlə, o cümlədən özünü bank və ya dövlət qurumu əməkdaşı kimi təqdim edən şəxslərlə paylaşmaq olmaz.

DİN vətəndaşları bir daha xəbərdar edir ki:

Naməlum nömrələrə cavab verərkən ehtiyatlı olun, SMS və e-poçtlardakı şübhəli keçidlərə daxil olmayın, heç bir halda bank kartı və mobil bankçılıq məlumatlarınızı paylaşmayın.

Qeyd edək ki, belə hallarla üzləşən şəxslər dərhal polis orqanlarına və banklara müraciət etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti