...

Cənub Qaz Dəhlizi və "Şahdəniz" layihəsi regionun enerji təhlükəsizliyini gücləndirir - bp

İqtisadiyyat Materials 4 İyun 2025 14:58 (UTC +04:00)
Cənub Qaz Dəhlizi və "Şahdəniz" layihəsi regionun enerji təhlükəsizliyini gücləndirir - bp
Nursultan Ziyadov
Nursultan Ziyadov
Bütün xəbərlər

Bakı. Trend:

Cənub Qaz Dəhlizi regional enerji təhlüksəizliyinin və tədarük sabitliyinin əsas elementi olaraq qalmaqdadır.

Trend xəbər verir ki, bunu bp-nin Azərbaycan-Gürcüstan- Türkiyə regionunda maliyyə məsələləri üzrə vitse-prezidenti Kolin Allan Bakı Enerji Forumunda etdiyi çıxışda söyləyib.

“Biz upstream seqmenti ilə bazar arasında sıx qarşılıqlı əlaqə görürük. Hasilata investisiya bazarsız mümkün deyil, bazarın özü də bu investisiyalardan asılıdır. Söhbət təhlükəsizlikdən, etibarlılıqdan və qarşılıqlı faydadan gedir”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, “Şahdəniz” layihəsi tədarük sabitliyinə töhfə verən etibarlı enerji mənbəyi olaraq qalmaqdadır.

“Keçən il upstream seqmentində tədarük etibarlılığı 99 faizi ötüb. Bu, olduqca vacib göstəricidir. Bundan savayı, bizim qazımız İtaliya qaz bazarının təxminən 16 faizini təmin edir ki, bu da layihənin Avropa tədarükünün şaxələndirilməsi baxımından əhəmiyyətini vurğulayır”, – deyə Kolin Allan qeyd edib.

O həmçinin Azərbaycanın coğrafi mövqeyinin strateji əhəmiyyətini vurğulayaraq əlavə edib ki, Cənub Qaz Dəhlizi və onun gələcək inkişafı təkcə enerji sabitliyini təmin etmir, həm də enerji keçidinə dair gələcək investisiyalar üçün yeni perspektivlər açır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti