...

Portuqaliya millisi finala yüksəlib - UEFA Millətlər Liqası

İdman Materials 5 İyun 2025 01:14 (UTC +04:00)
Portuqaliya millisi finala yüksəlib - UEFA Millətlər Liqası

Bakı. Trend:

Bu gün UEFA Millətlər Liqasının "Dördlər finalı" mərhələsinə start verilib.

Trend-in məlumatına görə, ilk yarımfinal qarşılaşmasında Almaniya və Portuqaliya yığmaları üz-üzə gəlib.

Görüşün ilk hissəsində komandalar qol vurmağa nail olmayıb. Fasilədən sonra Almaniya millisi hesabı açsa da (Virts), üstünlüyünü qoruya bilməyib. Portuqaliya yığması ardıcıl iki cavab qolu ilə geridönüş edərək finala yüksəlib.

Qolları Florian Virts, (49-cu dəqiqə) Konseysao, 63. K. Ronaldo, 67

Məqalədə:
Xəbər lenti

Xəbər lenti