Bakı. Trend:
Rusiyanın Kamçatkanın şərq sahillərində Avaça körfəzi sularında 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin regional bölməsi xəbər verib.
Məlumata əsasən, zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən 89 km cənub-şərqdə yerləşib.
Yeraltı təkanların ocağı dəniz dibinin 38 km dərinliyində yerləşib.
Bildirilib ki, Petropavlovsk-Kamçatskidə yeraltı təkanlar üç bala qədər hiss olunub. Sunami təhlükəsi elan olunmayıb.