...

Azərbaycan Pakistan ilə yaşıl enerji sahəsində işbirliyi imkanlarını müzakirə edib (FOTO)

İqtisadiyyat Materials 4 İyun 2025 16:40 (UTC +04:00)
Azərbaycan Pakistan ilə yaşıl enerji sahəsində işbirliyi imkanlarını müzakirə edib (FOTO)
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistan İslam Respublikasının neft naziri Əli Pervaiz Maliklə görüşüb.

İqtisadiyyat Nazirliyindən Trend-ə bildirilib ki, görüşdə Azərbaycan-Pakistan dostluq və qardaşlıq münasibətlərinin dövlət başçılarının siyasi iradəsi əsasında uğurla inkişaf etdiyi vurğulanıb.

İki ölkə arasında sənaye, ticarət və logistika istiqamətləri üzrə tərəfdaşlığın genişləndiyi nəzərə çatdırılıb. Özəl sektor nümayəndələrinin iştirakı ilə mütəmadi keçirilən tədbirlərin işgüzar dairələr arasında qarşılıqlı faydalı əlaqələrin qurulmasına və möhkəmləndirilməsinə töhfə verdiyi bildirilib.

Tərəflər iqtisadi əməkdaşlığın şaxələndirilməsi, enerji sahəsində həyata keçirilən qlobal layihələr və yaşıl enerji üzrə işbirliyi imkanları barədə fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti