Bakı. Trend:
Yaponiyanın "Hakuto-R M2" kosmik modulunun Bakı vaxtı ilə iyunun 5-i Ay səthinə yumşaq eniş etməsi planlaşdırılır.
Trend-in məlumatıma görə, bu barədə "iSpace" istehsalçı şirkəti xəbər verib.
Qurğunun Bakı vaxtı ilə saat 23:17-də Ayın şimalına Soyuq Dəniz bölgəsinə enməsi planlaşdırılır. O, Yerin təbii peykinin səthinə beş kiloqramlıq "Tenacious" mini-ay roverini və elmi tədqiqatların aparılması üçün avadanlıq çatdıracaq.
Gözlənilməz texniki hallar baş verdikdə, enmə yeri və vaxtı dəyişdirilə bilər.