Laçın. Trend:
Laçın rayonunda baş verən qəza zamanı xəsarət alan şəxslərdən bir nəfəri xəstəxanada ölüb.
Trend-in bölgə müxbiri xəbər verir ki, hadisə iyunun 1-də Laçın rayonu Hacısamlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, pikap tipli nəqliyyat vasitəsi idarəetmədən çıxaraq quma çırpılıb. Hadisə zamanı xəsarət alanlar Quliyev Qulu Əlisahib oğlu, Məmmədov Şənürək Əbulla oğlu, İsrafilov Elnur Tofiq oğlu, Əliyev Raqif Şahin oğlu Laçın rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralılara zəruri tibbi yardıma göstərilib, sonra Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyyə ediliblər.
Müalicəsi xəstəxanada davam etdirilən Raqif Əliyev həkimlərin səyinə baxmayaraq ötən gün ölüb.
Faktla bağlı araşdırma aparılır.