...

Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinə dair qaydada dəyişiklik edilib

Cəmiyyət Materials 4 İyun 2025 10:17 (UTC +04:00)
Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinə dair qaydada dəyişiklik edilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilib.

Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, dərman vasitələrinin idxalını həyata keçirən hüquqi şəxs ölkə daxilində dərman vasitəsinin aptek təşkilatlarına topdansatışını digər topdansatış əczaçılıq müəssisəsi vasitəsilə həyata keçirdiyi təqdirdə, “Topdansatış əczaçılıq müəssisəsi üçün əlavə”nin 40 faizinədək hissəsini dərman vasitəsinin aptek təşkilatına birbaşa topdansatışını həyata keçirən həmin topdansatış əczaçılıq müəssisəsinə ödəyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti